Sumgayıt Devlet Üniversitesi başarılari

Yayın: 25 Aralık 2019 - Çarşamba - Güncelleme: 25.12.2019 21:00:35
Editör -
Okuma Süresi: 3 dk.
Takip EtGoogle News

Universitet” hər bir tələbənin həyatında xüsusi rol oynayır. Onun potensialının, şəxsi inkişafının üzə çıxmasında da həmçinin əvəzolunmaz rol oynayır. Həyata ilk təməl addımlarını ali təhsil ocağından atmağa başlayır.  Bir sözlə ali təhsil ocağının həyatımızdakı rolu sözlərlə ifadə edilməyəcək qədər dərindir.

Belə ali təhsil ocağına nümunə kimi təbii ki, ilk növbədə öz təhsil aldığım Sumqayıt Dövlət Universitetini və onun timsalında digərlərini göstərmək olar. Universitetin inkişafında başda rektor Elxan Hüseynov olmaqla prorektorlar: Talıbov Natiq, Məmmədov Ramazan, Atayev Qafar, Hüseynov Ramizin rolu danılmaz və əvəzolunmazdır.
Qeyd etmək istərdim ki, universitetimiz günü- gündən daha da inkişaf edir, müasir texnoloji innovativ avadanlıqlarla təchiz olunub. Həmçinin təmir işləri də yüksək səviyyədə özünü göstərməkdədir. Təbii haldır ki, hər bir tələbə onun üçün rahat olacağ və yeni avandanlıqlarla təchiz edilmiş auditoriyalarda əyləşmək arzusundadır. Bu cür şəraitin bizim üçün yaradıldığı üçün ilk növbədə cənab rektor Elxan Hüseynova və onun timsalında Prorektorlarımıza təşəkkürümü bildirmək istərdim.
Qeyd etmək lazımdır ki, universitetdə təhsil də yüksək inkişaf səviyyəsinə çatmışdır. Belə ki, tələbələrin öz biliklərinin təkmilləşdirilməsi üçün kollekvium imtahanları ciddi nəzarət altında həyata keçirilir və digər bacarıq və potensiallarının üzə çıxarılması üçün müəyyən təlim, tədbirlər həyata keçirilir ki, bu da fakültə dekanlarının və dekan müavinlərinin nəzarəti altında öz əksini tapır.Sadaladığım bu xüsusiyyətlər Tarix və Coğrafiya fakültəsində də öz əksini tapır. Və başda dekan Adil Baxşəliyev olmaqla dekan müavini Osman Hacıyevlə yanaşı fakültə müəllimləri də tələbələrin təhsil və tərbiyələrinin yüksək şəkildə inkişafı üçün çalışırlar.

Daha bir diqqətə layiq xüsusiyyət kimi isə tələbələrin savadlı kadr kimi təkmilləməsini nəzərə alaraq xaricdə təhsil proqramlarını göstərmək olar. Bu proqramlar ERASMUS TEMPUS , ERASMUS+ , MEVLANA proqramlarıdır.
Bütün bu şəraitlər hər biri tələbələrin gələcəyinin sağlam təməl və düüzgün prioritetlər üzrə inşası üçündür.
Həmçinin universitetimizdə Mətbuat mərkəzidə fəaliyyət göstərir. Universitet də keçirilən tədbirlərin və təlimlərin sosial media da paylaşılması da mətbuat mərkəzimizin fəaliyyətindən xəbər verir. Mətbuat mərkəzinin direktoru Nazxanım Cəlilovanın və digər işçilərin rolu bu baxımdan danılmazdır. Həqiqətən də mətbuat universitetin gördüyü işlərin və onun avantajının artırılmasında böyük rol oynayır. Bunun üçün başda Nazxanım Cəlilova olmaqla bütün mətbuat işçilərinə dərin minnətdarlığımı bildirirəm

 

Elmin Tağıyev

 

 

#
Yorumlar (0)
Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

pub-1785681847249596 2497439732