Avukat Elchin Sadigov: Bazı siteler Polat Aslanov hakkında yalan bilgiler yayıyor

Yayın: 17 Ocak 2020 - Cuma - Güncelleme: 17.01.2020 14:06:38
Editör -
Okuma Süresi: 2 dk.
Takip EtGoogle News

http://demokrat.az/news/27507 bu saytın rəhbərliyini tanımıram amma, bir müddət əvvəl İlham İsmayılın adından yalan "müsahibə" yaydı və məlumatın məqsədi hüquqlarını müdafiə etdiyim Polad Aslanova qarşı ədavətli kampaniya aparmaq idi. Baxmayaraq ki, Polad Aslanov barəsində heç bir məhkəmə hökmü yoxdur. Hazırkı müsahibədə də açıq-aşkar hiss olunur ki, jurnalistin məqsədi konteksdən çıxıb Polad Aslanov barəsində ləkələyici məlumatları yaymaqdır.

Avropa İnsan Hüquqları Məhkəməsi oxşar situasiyalarla bağlı bildirir ki, məhkəmə işləri ictimai maraq kəsb etdikdə, bəzən demokratik cəmiyyətdə mətbuat tərəfindən sərt şərhlərin verilməsi qaçılmaz ola bilər (Viorel Burzo Rumıniyaya qarşı, §160; Akay Türkiyəyə qarşı (qər.))

Lakin qəzəbli mətbuat kampaniyası ictimai rəyə təsir etməklə məhkəmə araşdırmasının ədalətliliyinə mənfi təsir göstərə və nəticədə andlıların təqsirləndirilən şəxsin təqsirli olması barədə qərar vermələrinə səbəb ola bilər (Kuzmin Rusiyaya qarşı, § 62).

Həlledici olan şübhəli şəxsin məhkəmənin ön fikirlərinin olması ilə bağlı subyektiv narahatlıqlarının olması deyil (baxmayaraq ki, bu, başa düşüləndir), onun narahatlığının xüsusi şərait daxilində obyektiv olaraq əsaslı olub-olmamasıdır (bax: Vlox Polşaya qarşı (qər.), Daktaras Litvaya qarşı (qər.), Prebke İtaliyaya qarşı (qər.), Mustafa Kamal Mustafa (Əbu Həmzə) (№ 1) Birləşmiş Krallığa qarşı (qər.) §§ 3740, mətbuatda işıqlandırılmanın məhkəmənin qərəzsizliyinə təsiri ilə bağlı).

Ona görə də, mən jurnalistlərdən belə ədavətli kampaniyaları dayandırmalarını xahiş edirəm. Ümid edirəm ki, lazımi dövlət orqanları bu məsələni araşdıracaqlar.

#
Yorumlar (0)
Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

pub-1785681847249596 2497439732